Müasir laboratoriyada çalışan IT mütəxəssisi

REAL BİLİK. REAL BACARIQ. REAL İMKANLAR.

Real IT və Cybersecurity
bacarıqları qazanın

Karyeranızı inkişaf etdirin, praktiki biliklər əldə edin və beynəlxalq standartlara uyğun bacarıqlar qazanaraq peşəkar mühitə hazır olun.

Təlim istiqamətləri

Təlim proqramlarımız iki əsas istiqamət üzrə formalaşır: Peşəkar Təlimlər və Sertifikasiya Hazırlığı.

Bütün istiqamətlər

Seçilmiş kurslar

Karyeranız üçün ən aktual və tələb olunan kurslar.

Bütün kurslar
 SOC Analitik kursunun vizualı
Kibertəhlükəsizlik

SOC Analitik

Təhlükəsizlik hadisələrinin necə aşkarlandığını, monitorinq proseslərinin necə aparıldığını və insidentlərə necə reaksiya verildiyini öyrənin.

Peşəkar təlimlər72saat
 Red Team kursunun vizualı
Kibertəhlükəsizlik

Red Team

Təhlükəsizlik zəifliklərinin necə aşkarlandığını, hücumların necə simulyasiya edildiyini və sistemlərin təhlükəsizliyinin necə sınaqdan keçirildiyini öyrənin.

Peşəkar təlimlər72saat
 ISO/IEC 27001 kursunun vizualı
Sertifikasiya hazırlığı

ISO/IEC 27001

İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemi, risklərin idarə olunması və ISO/IEC 27001 standartının əsas tələbləri ilə tanış olun.

Sertifikasiya hazırlığı12saat
 CISA kursunun vizualı
Sertifikasiya hazırlığı

CISA

İT auditi, informasiya sistemləri, risklərin idarə olunması və təhlükəsizlik üzrə biliklərinizi inkişaf etdirin və CISA imtahanına hazırlaşın.

Sertifikasiya hazırlığı24saat

Niyə SecOps Academy?

Çünki burada məqsəd yalnız təlimi başa vurmaq deyil, öyrəndiklərinizi tətbiq edə bilməkdir.

Praktik yanaşma

Praktiki tapşırıqlara üstünlük verilir;

Təcrübəli təlimçilər

Sahə üzrə çalışan mütəxəssislərdən öyrənmək imkanı yaradılır;

Aktual proqramlar

Real iş proseslərinə uyğun yanaşmalar təqdim olunur;

Karyera inkişafı

Peşəkar bacarıqlarınız inkişaf etdirilir.

 SecOps Academy nişanı olan noutbuk və praktiki təlim imkanları
 Komanda üçün korporativ texnologiya təlimi

Korporativ təlimlər

Şirkətlərin əməkdaşlarının bilik və bacarıqlarını inkişaf etdirməsi üçün korporativ təlim proqramları hazırlayırıq.
Kibertəhlükəsizlik maarifləndirilməsi, informasiya təhlükəsizliyi, rəqəmsal alətlər və digər istiqamətlər üzrə təlim məzmununu şirkətin ehtiyaclarına uyğun formalaşdırırıq.

Şirkətiniz üçün uyğun proqram hazırlamaq üçün bizimlə əlaqə saxlayın.

Korporativ təlimlər

Təlimçilərimiz

Sahə üzrə təcrübəli mütəxəssislərimiz.

Bütün təlimçilər
 Təlimçi üçün nümunə portret

Rüstəm Müzəffərov

SOC Analitik

Təlimçi
 Təlimçi üçün nümunə portret

Aslan Qurbanov

Pentester

Təlimçi
 Təlimçi üçün nümunə portret

Könül Qasımova

İT Audit

Təlimçi
 Təlimçi üçün nümunə portret

Eldar Zeynallı

Süni intellekt Mühəndisi

Təlimçi

Partnyorlar və əməkdaşlıqlar

Birlikdə daha güclü ekosistem üçün əməkdaşlıq edirik.

INE

Tez-tez verilən suallar

Ən çox verilən suallara qısa cavablar.

Bütün suallar
SecOps Academy kursdur? +

SecOps Academy klassik kurs modeli ilə məhdudlaşmayan, bilik, təcrübə və inkişafı bir araya gətirən platformadır.

Təlimlər kimlər üçündür? +

Proqramdan asılı olaraq həm sahəyə yeni başlayanlar, həm də mövcud bilik və bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər üçün təlimlər təqdim olunur.

Təlimlərdə praktiki məşğələlər olur? +

Bəli. Proqramın istiqamətindən asılı olaraq praktiki tapşırıqlar və tətbiq yönümlü məşğələlər təlim prosesinin əsas hissəsini təşkil edir.

Təlimçilər kimlərdir? +

Təlimçilərimiz hazırda tədris etdikləri istiqamət üzrə fəaliyyət göstərən, sahəsində praktiki təcrübəyə və peşəkar ekspertizaya malik mütəxəssislərdir. Onların arasında müxtəlif şirkətlərdə rəhbər və yüksək vəzifələrdə çalışan peşəkarlar da yer alır.

Bu yanaşma iştirakçılara yalnız nəzəri bilik deyil, birbaşa real iş mühitindən gələn təcrübə və praktik yanaşmaları öyrənmək imkanı yaradır.

Təlimi bitirdikdən sonra iş təmin olunur? +

Təlimlər iştirakçıların bilik və praktiki bacarıqlarının inkişafına yönəlib. Təlimin tamamlanması avtomatik iş təminatı demək deyil. Lakin təlim bitdikdən sonra da iştirakçılarımızı tək buraxmırıq.

CV hazırlanması və müsahibə prosesi simulyasiyaları ilə dəstək göstərir, həmçinin inkişafınızı davam etdirmək və yaranan sualları müzakirə etmək üçün mentorlarla mütəmadi görüş imkanları yaradırıq.

Onlayn iştirak mümkündür? +

Bəzi proqramlarda onlayn iştirak imkanı təqdim olunur. Hər proqram üzrə iştirak formatı ayrıca qeyd edilir. Lakin, xüsusilə praktiki dərslərdə əyani iştirak etməyinizi tövsiyə edirik. Əyani iştirak praktiki tapşırıqlarda daha aktiv iştirak etməyə, mentor və digər iştirakçılarla birbaşa ünsiyyət qurmağa imkan verir.

Sertifikat təqdim olunur? +

Bəli, təlim proqramlarını uğurla tamamlayan iştirakçılara SecOps Academy tərəfindən sertifikat təqdim olunur. Bundan əlavə, beynəlxalq sertifikatlaşdırma imtahanları üçün voucher əldə olunması prosesində də dəstək göstəririk.

Təlimlərə necə qeydiyyatdan keçə bilərəm? +

Mövcud proqramlar bölməsindən sizi maraqlandıran təlimi seçərək qeydiyyatdan keçə və ya bizimlə əlaqə saxlaya bilərsiniz.

KARYERANIZ ÜÇÜN DOĞRU ADDIM

Bu gün yeni bacarıqlara doğru ilk addımı atın

Müasir texnologiyalar üzrə praktiki biliklər əldə edin və karyera imkanlarınızı genişləndirin.

Qeydiyyat